AZ

Şuşada İƏT-in Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun iclası keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 28-də Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının(İƏT) Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclasıkeçirilib.

Trend xəbərverir ki, tədbirdə İƏT-ə üzv ölkələrin nümayəndə heyətləri, turizmüzrə ekspertlər və aidiyyəti qurumların təmsilçiləri iştirakediblər.

İclasda sədrin seçilməsi, gündəliyin təsdiqi və işçimexanizmlərin müəyyənləşdirilməsi ilə bağlı təşkilati məsələlərmüzakirə olunub.

İclasın gündəliyinə uyğun olaraq İƏT Turizm Nazirlərinin 7-cigörüşünə hazırlıq məsələləri, 6-cı görüşdə qəbul edilmiş qərarlarınicra vəziyyəti, təsdiq üçün təqdim olunan sənədlər, eləcə də2030-cu il üzrə İƏT turizm paytaxtının müəyyənləşdirilməsiməsələləri nəzərdən keçirilib.

Eyni zamanda, Turizm Nazirlərinin 7-ci görüşü çərçivəsində qəbulolunması nəzərdə tutulan “Şuşa Bəyannaməsi”nin layihəsi üzrəmüzakirələr aparılıb və sənədin məzmunu ilə bağlı təkliflər irəlisürülüb.

Turizm üzrə yüksək səviyyəli ekspertlər qrupunun 9-cu iclasınınnəticələri aprelin 29-da keçiriləcək Turizm Nazirlərinin 7-ciiclasının gündəliyinə təqdim olunacaq.

Qeyd edək ki, 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzvölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri 2026-cı ilüçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elanedilib.

Turizm tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin“Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatınınturizm paytaxtı elan edilməsi” ilə bağlı Tədbirlər Planından irəligələn fəaliyyətlər çərçivəsində təşkil olunur.

Şuşada
Şuşada
Şuşada
Şuşada
Şuşada
Şuşada
Şuşada
Şuşada
Şuşada
Şuşada
Seçilən
49
3
az.trend.az

4Mənbələr