AZ

UNEC komandası “GreenTech III” müsabiqəsində birinci olub

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  komandası “GreenTech III” Startap və Yaşıl Texnologiyalar müsabiqəsinin qalibi olub.

UNEC-dən verilən məlumata görə, Azərbaycan Texnologiya Universitetinin ev sahibliyi ilə Gəncə şəhərində keçirilən müsabiqədə respublikanın müxtəlif ali təhsil müəssisələrindən 100 komanda qatılıb.

Yarışda UNEC-in “Ecob” komandası “İnklüziv və sosial innovasiyalar” kateqoriyası üzrə 1-ci yeri qazanıb.

Müsabiqə gənclərin yaradıcılıq imkanlarını reallaşdırmaq və innovativ ideyalarını praktik layihələrə çevirmək məqsədilə təşkil olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
28
525.az

10Mənbələr