AZ

ÇL: Fransada erkən final başlayır

ain.az, Fanat portalına istinadən məlumat verir.

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk matçda son çempion PSJ ilə Almaniya nəhəngi "Bayern" üz-üzə gələcəklər. 

Luis Enrikenin baş məşqçisi olduğu parislilər rəqibini Fransada qəbul edəcək. Qarşılaşma "Park de Prens" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi isveçrəli Sandro Şerer olacaq.

Tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.

Xatırladaq ki, yarımfinalın digər matçı aprelin 29-da təşkil olunacaq. "Atletiko Madrid" İspaniyada London "Arsenal"ını qonaq edəcək.

UEFA Çempionlar Liqası

1/2 final, ilk oyun

28 aprel

23:00. PSJ (Fransa) - "Bayern Münhen" (Almaniya) 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
4
fanat.az

10Mənbələr