AZ

Ata harda, oğul da orda

Oğlu Mikel Artetanın yolu ilə gedir. “Arsenal”ın baş məşqçisinin böyük oğlu Qabriel londonluların U-18 komandasında debüt edib.

"Football-plus.az" xəbər verir ki, 16 yaşlı Qabriel fevralda “İpsviç”lə yoldaşlıq oyunu üçün “Arsenal”ın 18 yaşadək futbolçulardan ibarət heyətinə cəlb olunmuşdu. O, çərşənbə günü U-18 komandasında debüt edib. Qabrielin “Blekbern”lə matçın 70-ci dəqiqədə meydana çıxdığı oyunda “Arsenal” qələbə qazanıb.

Qeyd edək ki, kiçik Arteta vaxtilə mərkəz yarımmüdafiəçisi mövqeyində oynamış atasından fərqli cinah yarımmüdafiəçisi kimi çıxış edir.

Seçilən
24
2
football-plus.az

4Mənbələr