AZ

Zəngdən sonra kartından pul çıxarıldı və adına 2 kredit rəsmiləşdirildi - VİDEO

Bir telefon zəngi paytax sakini üçün maddi zərərlə nəticələnib... Bir dəfə kartından pul çıxarılıb, iki dəfə də adına kredit götürüblər...

"Unikal" Xəzər Tv-yə istinadən xəbər verir ki, hadisə Habil İsmayılovun başına gəlib. Zərərçəkmiş deyir ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxslər onunla əlaqə saxlayıb və müəyyən yönləndirmələrdən sonra bank kartına müdaxilə ediblər. Hadisə ayın əvvəlində baş verib.

Təfərrüatları öyrənmək üçün Habil İsmayılov sabahı gün banka gedib. Araşdırma aparılarkən ona bildiriblər ki, 50 manat və 23 manat pul başqa kartlara yüklənib. Hələ üstəgəl onun adına onlayn formada kredit də rəsmiləşdirilib.

Habil İsmayılov başına gələnlərlə bağlı ərazi üzrə Xəzər rayon 3-cü polis bölməsinə də müraciət edib. Amma kiberdələduzlar bununla da kifayətlənməyib onun adına növbəti dəfə onlayn formada  kredit kartı sifariş veriblər. Amma onlar şifrəni üç dəfə səhv yazdıqları üçün kart bloklanıb. Habil İsmayılov təkrar banka gedib və adına olan bütün bank kartlarını blokladıb. Zərərçəkmiş kiberdələduzların aşkar olunmasını və ona dəymiş zərərin ödənilməsini istəyir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirdi ki, hazırda vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır.

Seçilən
2
12
unikal.az

10Mənbələr