AZ

Rahiblərin çamadanlardan 110 kq narkotik çıxdı

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şri-Lankada 22 buddist rahib hava limanında çamadanlarında ümumilikdə 110 kiloqram narkotik maddə aşkar edildikdən sonra saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, ölkənin gömrük rəsmilərinin məlumatına görə, paytaxt Kolomboya gələn rahiblərin hər birinin baqajında gizli bölmələrdə təxminən 5 kiloqram yüksəktəsirli kannabis növü olan “Kuş” yerləşdirilib.

Bildirilir ki, əsasən tələbələrdən ibarət olan rahiblər Taylandda adı açıqlanmayan sponsor tərəfindən maliyyələşdirilən dörd günlük səfərdən qayıdarkən saxlanılıblar.

İstintaq çərçivəsində səfəri təşkil etdiyi ehtimal olunan 23-cü rahib də Kolombo ətrafında polis tərəfindən tutulub. Polis sözçüsünün sözlərinə görə, həmin şəxs digər rahiblərə daşınan bağlamaların “ianə” olduğunu bildirib və onları hava limanında nəqliyyat vasitəsinin qarşılayacağını deyib.

Araşdırma zamanı rahiblərin mobil telefonlarında səfər zamanı çəkilmiş görüntülər də aşkarlanıb. Fotolarda onların dini geyimlər əvəzinə mülki geyimdə əyləndikləri görünür.

Hadisə ilə bağlı saxlanılan 22 nəfər məhkəmə qarşısına çıxarılıb və əlavə dindirilmələr aparılması üçün 7 gün müddətinə həbsdə saxlanılmalarına qərar verilib.

Polis qeyd edib ki, narkotik maddələr məktəb ləvazimatları və şirniyyatların arasında gizlədilib. Bu isə bəzi hallarda rahiblərin nə daşıdıqlarından xəbərsiz ola biləcəyi ehtimalını da gündəmə gətirir.

Qeyd edək ki, bu, Şri-Lankada rahiblərin hava limanı vasitəsilə narkotik qaçaqmalçılığı şübhəsi ilə kütləvi şəkildə saxlanıldığı ilk belə hadisə kimi qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
5
qafqazinfo.az

10Mənbələr