Marvel və DC komikslərinin ssenaristi Cerri Konvey 74 yaşında vəfat edib.
"Ölkə.az" xəbər verir ki, bu barədə Marvel veb-saytında deyilir.
"Ailəsi adından yazıçı və keçmiş Marvel baş redaktoru Cerri Konveyin vəfatını kədərlə elan edirik. Cerri pop mədəniyyətini formalaşdıran komikslər sahəsində mühüm bir şəxs idi", - deyə bildirilib.
Qeyd edilir ki, C.Konvey 10 sentyabr 1952-ci ildə Bruklində anadan olub. Karyerası ərzində Konvey "Dəmir adam" (1968), "Drakula" və "Hörümçək adam" komikslərinin epizodlarında çalışıb.