AZ

MSK sədri: Azərbaycanın Seçki Məcəlləsi bütün müasir tələblərə cavab verən bir sənəddir

Mərkəzi Seçki Komissiyası tərəfindən bu günə kimi heç bir siyasi fəaliyyət ortaya qoyulmayıb. MSK Seçki Məcəlləsinin tələblərinə uyğun fəaliyyət göstərir. Azərbaycanın Seçki Məcəlləsi bütün müasir tələblərə cavab verən bir sənəddir.

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Komissiyanın aprelin 27-də keçirilən iclasında deyib.

Azərbaycanda 30 mindən artıq aşağı seçki komissiyası üzvü var. Bütün seçki komissiyalarının binaları müasir cihazlarla, avadanlıqlarla təmin olunub. Bütün dairələrin iş şəraiti dünyaya nümunə ola biləcək səviyyədə qurulub. Azərbaycan şəffaflıq cəhətdən də dünyada analoqu olmayan bir nümunəni ortaya qoyub. Belə ki, 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Dünyanın istənilən nöqtəsindən birbaşa MSK-nın saytına girməklə seçki prosesini müşahidə etmək mümkündür", - deyə sədr diqqətə çatdırıb.

Seçilən
2
30
azerbaijan-news.az

10Mənbələr