AZ

"Fənərbağça" Tedesko ilə bağlı qərarını verdi

"Sarı-lacivərdlilər"in idarə heyəti bu gün saat 14:00-da keçirilən növbədənkənar iclasda kəskin qərarlar qəbul edib. 

Milli.Az xəbər verir ki, klubun rəsmi bəyanatına əsasən, aşağıdakı şəxslərin fəaliyyətinə son verilib:

Domenico Tedesco: Baş məşqçi və onun bütün texniki heyəti.

Devin Özek: İdman direktoru.

Berke Çelebi: Futbol koordinatoru.

Rəhbərlik bu şəxslərə göstərdikləri xidmətlərə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.

"Fənərbaxça" rəhbərliyinin qərarı ilə komandanın köməkçi məşqçisi Zeki Murat Göle mövsümün sonuna qədər baş məşqçi vəzifəsini icra edəcək. O, qalan matçlarda komandanın sükanı arxasında olacaq.

40 yaşlı italyan mütəxəssisin İstanbul klubundakı statistikası kifayət qədər stabil görünsə də, derbi məğlubiyyəti onun sonunu gətirdi:

Matç sayı: 45 oyun

Qələbə: 26

Heç-heçə: 12

Məğlubiyyət: 7

Xal ortalaması: 2.00

Xüsusilə çempionluq yarışında "Qalatasaray"a qarşı alınan 3-0-lıq nəticə azarkeşlərin və rəhbərliyin səbrini daşıran son damla oldu.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
0
50
milli.az

10Mənbələr