AZ

İllər öncə qəzalı vəziyyətə düşən Dairəvi qalada bərpa işlərinə başlanıldı

Bakı. Trend:

Lənkəran şəhərində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsiolan Dairəvi qalada (Zindan) bərpa işlərinə başlanılıb.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsinQorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumatverilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə aparılanbərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında həyatakeçiriləcək.

Bərpa işlərinin aparılmasında məqsəd abidənin tarixi görkəmininqorunması, konstruktiv dayanıqlılığının təmin edilməsi vəziyarətçilərin rahatlığı üçün müvafiq infrastrukturunyaradılmasıdır. Layihə çərçivəsində qalanın dam örtüyü bərpaolunacaq, təbii təsirlər nəticəsində yararsız hala düşmüş daşlarıorijinalına uyğun materiallarla əvəz ediləcək, hörgülərarasıbirləşmələr xüsusi məhlulla doldurulacaq. Eyni zamanda, tikilininaşınma və nəmə qarşı davamlılığını artırmaq məqsədilə qoruyucuməhlullar tətbiq olunacaq, ərazidə abadlıq və infrastruktur işlərigörüləcək.

Bərpa işləri yekunlaşdıqdan sonra qala yenidən ziyarətçilərinistifadəsinə veriləcək.

Qeyd edək ki, bir neçə il öncə Dairəvi qalanın dam örtüyününçökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb. Sonrakı dövrdəbərpa ilə bağlı layihə-smeta sənədləri hazırlanıb, müvafiq dövlətqurumları ilə razılaşdırılıb və müsbət ekspert rəyi alınıb.

Məqalədə:
Seçilən
2
15
az.trend.az

10Mənbələr