AZ

Azərbaycan və Beynəlxalq Nəqliyyat Forumu arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə məlumat sessiyası keçirilib

Bakı.Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, aidiyyəti tənzimləyiciqurumlar və dövlət müəssisələrinin nümayəndələrinin iştirakı iləAzərbaycan və Beynəlxalq Nəqliyyat Forumu (BNF) arasındaəməkdaşlığa həsr olunan məlumat sessiyası keçirilib.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən(RİNN) məlumat verilib.

Bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat NazirliyininNəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev çıxışında bildiribki, Azərbaycanın 2025 – 2026-cı illər üzrə BNF-yə sədrliyiölkəmizin qlobal nəqliyyat siyasətinə aktiv töhfə verdiyini nümayişetdirir. BNF ilə əməkdaşlıq çərçivəsində Azərbaycan həm beynəlxalqtəcrübə və analitik alətlərdən faydalanır, həm də rəqəmsallaşma,nəqliyyatın idarə edilməsi və infrastrukturun inkişafı sahəsindətəcrübəsini bölüşür.

BNF-nin İnstitusional əlaqələr və sammit üzrə rəhbəri Mary CrassAzərbaycanın yalnız iştirakçı kimi deyil, həm də təşəbbüskar vəlider tərəfdaş kimi nümunəvi mövqe nümayiş etdirdiyini deyib.Bildirib ki, sədrlik çərçivəsində müəyyənləşdirilən prioritetlərartıq konkret addımlara və real nəticələrə çevrilir.

Sessiya çərçivəsində BNF-nin fəaliyyət istiqamətləri vəəməkdaşlıq imkanları barədə məlumat verilib. Həmçinin Azərbaycanınaidiyyəti qurumlarının BNF-nin tədqiqat layihələrinə qoşulması,məlumat və təcrübə mübadiləsi, ekspert müzakirələrində iştirakıkimi konkret istiqamətlər xüsusi vurğulanıb.

Tədbirdə, həmçinin Azərbaycanın sədrliyi çərçivəsindəformalaşmış müsbət dinamikanın qorunması və milli qurumlar arasındakoordinasiyanın daha da gücləndirilməsinin vacibliyi qeydolunub.

Seçilən
24
3
az.trend.az

3Mənbələr