ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində ölkəmizdə "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə brifinq zalında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib. Təlim üçün hazırlanmış videoçarx iştirakçılara nümayiş etdirilib. Daha sonra inzibati məlumatlandırma, icra olunacaq təlim tapşırıqları haqqında brifinq təqdim olunub.
Mətləb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.