Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ aviaşirkətləri təcili yardım paketi tələb edir.
Banco.az xəbər verir ki, “Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ-da aşağıbüdcəli aviaşirkətlər şirkət səhmlərinin konvertasiya olunan payları müqabilində 2,5 milyard dollar həcmində yardım planı tələb etmək üçün Ağ Ev ilə danışıqlar aparmaq məqsədilə bir araya gəlir.
Qəzetin xəbərinə əsasən, “Frontier Airlines Holdings Inc.” və “Avelo Inc.” şirkətlərinin də daxil olduğu aviaşirkətlər qrupu bu il reaktiv yanacağa əvvəlki proqnozlarla müqayisədə nə qədər artıq vəsait xərcləyəcəklərini hesablayaraq 2,5 milyard dollarlıq məbləği müəyyən edib. Hesablamalarda 2026-cı ilin qalan hissəsində reaktiv yanacaq qiymətlərinin orta hesabla hər qallon üçün 4 dollardan yuxarı qalacağı ehtimal edilib.
“Avelo Inc.” sözügedən hesabatla bağlı şərh verməkdən imtina etsə də, bildirib ki, “xüsusilə yanacaq qiymətlərinin artdığı bu dövrdə güclü rəqabətin mövcud olduğu sağlam aviasiya sektorunun ABŞ iqtisadiyyatı üçün vacib olduğu ilə tam razıyıq”.
ABŞ Prezidenti Donald Tramp ötən həftə maliyyə çətinlikləri ilə üzləşən “Spirit Airlines” üçün hökumətin satınalma variantını nəzərdən keçirə biləcəyini demişdi. Jurnalistlərə açıqlamasında o, “onları xilas etməyi və ya satın almağı” düşündüyünü bildirərək, ABŞ-ın şirkəti “demək olar ki, borcsuz” şəkildə təhvil
Bizi sosial şəbəkələrdən izləyin!!