Son elmi araşdırmalara görə, ananasın tərkibində olan bromelain fermenti boğaz ağrısı və öskürək zamanı iltihabı azaltmağa kömək edə bilər.
E-saglam.az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə əsasən, təzə ananas suyu boğazdakı qıcıqlanmanı yüngülləşdirə, bəlğəmin daha asan parçalanmasına və tənəffüs yollarının rahatlamasına dəstək ola bilər. Bu xüsusiyyətlərinə görə bromelain həm də təbii iltihabəleyhinə təsir göstərən komponent kimi qiymətləndirilir.
Araşdırmalar göstərir ki, ananasın tərkibindəki bu ferment toxumaların bərpasına kömək edə və infeksiya zamanı yaranan narahatlığı azalda bilər. Xüsusilə boğazda quruluq və udma çətinliyi olan hallarda müsbət təsir müşahidə oluna bilər.
Mütəxəssislər qeyd edir ki, bromelainin təsiri bəzi hallarda simptomları yüngülləşdirə bilsə də, bu, əsas müalicəni əvəz etmir və daha çox dəstəkləyici vasitə kimi qiymətləndirilməlidir.
Elmi nəticələrə görə, ananas və onun təbii fermentləri yuxarı tənəffüs yolları problemlərində orqanizmin bərpa prosesinə kömək edən qidalar sırasında yer alır.
Tərcümə: Könül Oruc
E-saglam.az