AZ

Əsgərlərə əlavə məzuniyyət verilə bilər AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Orduda xidmət edən gənclərin evlərinə nə vaxt və hansı şərtlərlə buraxılması hər zaman ən çox maraq doğuran mövzulardan biridir. Bu qaydalar təkcə əsgərlər üçün deyil, yol gözləyən valideynlər üçün də həyati önəm daşıyır.Məsələ ilə bağlı hərbi ekspert Rövşən Məhərrəmov Demokrat.az-a bildirib ki, hərbi xidmətə çağırıldıqdan sonra bütün hərbi qulluqçulara nizamnamələrə əsasən ildə bir dəfə növbəti məzuniyyət verilir:"Bu məzuniyyət maksimum 10 gün müddətinə nəzərdə tutulur. Həmçinin xidmətdə nailiyyət göstərən və nizam intizamı yüksək olan hərbi qulluqçulara həvəsləndirmə məqsədilə əlavə olaraq 10 günə qədər məzuniyyət verilə bilər.Bundan əlavə, ailə vəziyyəti ilə bağlı da müddətli hərbi qulluqçulara məzuniyyət verilə bilər. Yaxın qohumlar ata, ana, bacı, qardaş, evli olduqda isə həyat yoldaşı və onun valideynləri hesab olunur. Onların ağır xəstəliyi və ya hər hansı ciddi hadisə baş verdikdə, yaşadığı ərazi üzrə səfərbərlik xidməti orqanının təsdiqlədiyi teleqram əsasında hərbi hissə komandiri tərəfindən 10 günə qədər əlavə məzuniyyət verilə bilər".Ekspert deyib ki, hərbi qulluqçu məzuniyyətdə olduğu dövrdə xəstələnərsə və ya yaxın qohumları ilə bağlı ağır hadisə baş verərsə, qarnizon hərbi polisi tərəfindən məzuniyyət müddəti uzadıla bilər:"Əgər həmin ərazidə hərbi polis fəaliyyət göstərmirsə, bu səlahiyyəti hərbi komissarlıqlar həyata keçirə bilər. Növbəti və həvəsləndirmə məzuniyyətlərindən istifadə edildikdən sonra da ailə vəziyyəti ilə bağlı əlavə məzuniyyət verilə bilər. Məzuniyyət müddətinin artırılması da mümkündür. Bütün bu məsələlər əsasən hərbi hissə komandirinin səlahiyyətinə daxildir.Nizamnaməyə əsasən, həvəsləndirmə məzuniyyəti 10 günə qədər komandirin qərarı ilə verilir. Ailə vəziyyəti ilə bağlı məzuniyyət də komandirin qərarından asılıdır və bir gündən artıq olan müddət məzuniyyət hesab olunur. Yəni məzuniyyət həm bir gün, həm də 10 gün müddətinə verilə bilər. Növbəti məzuniyyət isə əvvəlcədən tərtib olunan qrafik üzrə həyata keçirilir və hərbi qulluqçular hansı tarixdə məzuniyyətə çıxacaqlarını öncədən bilirlər. Həvəsləndirmə məzuniyyəti isə istənilən vaxt, o cümlədən bayram günlərində də verilə bilər və bu, komandirin səlahiyyətindədir", - deyə o bildirib.Qısası, hərbi xidmətdə olan şəxslər ildə bir dəfə qanuni məzuniyyətə çıxmaqla yanaşı, yaxşı xidmətə və ya ailəvi ehtiyaclara görə əlavə istirahət günləri də qazana bilərlər.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
demokrat.az

1Mənbələr