AZ

Avropa çempionu olan sərbəst güləş millimiz Vətənə qayıdıb

Yazını böyüt
Yazını kiçilt

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında komanda hesabında Avropa çempionu olan sərbəst güləş üzrə Azərbaycan millisi Vətənə qayıdıb.

Hafta.az xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda media nümayəndələri, federasiya rəsmiləri və idmançıların ailə üzvləri qarşılayıblar.

Üç qızıl, iki gümüş və bir bürünc medal qazanan yığma 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Millimiz ikinci yeri tutan Gürcüstanı 58 xal qabaqlayıb. Ermənistan isə 73 xalla üçüncü olub.

Buna qədər Azərbaycan güləşin bu növündə 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə qitənin ən güclü ölkəsi olmuşdu.

Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. Üç qızıl, iki gümüş və bir bürünc medal 2009-cu ildən bu yana Avropa çempionatında sərbəst güləşdə ən yaxşı göstəricimizdir.

Xatırladaq ki, Tiranada İslam Bazarqanov (57 kiloqram), Ali Tsokayev (92 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) Avropa çempionu olub. Turan Bayramov (74 kiloqram) və Arseni Cioyev (86 kiloqram) gümüş, Cəbrayıl Hacıyev (79 kiloqram) isə bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan 2022 və 2025-ci illərdə olduğu kimi, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında Avropa çempionu olaraq qızıl dubla imza atıb.

Seçilən
1
5
hafta.az

10Mənbələr