AZ

Şekspirin ailə evi təhlükə altında olan irs siyahısına salınıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

London, 27 aprel, AZƏRTAC

İngilis dramaturqu Uilyam Şekspirin ailəsinə məxsus olmuş tarixi bina risk altında olan irs obyektləri siyahısına daxil edilib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Böyük Britaniyada “Historic England” tərəfindən hazırlanan risk altında olan irs reyestrinə salınan “Hall’s Croft” binası Şekspirin qızı Suzanna və onun həyat yoldaşı Con Hollun keçmiş yaşayış evi olub.

Taxta karkas konstruksiyaya malik olan və birinci dərəcəli tarixi abidə statusu daşıyan bu binanın qorunub saxlanılması üçün genişmiqyaslı bərpa işləri aparılır. Lakin ötən ilin oktyabr ayında avtomobilin binaya çırpılması nəticəsində obyektə ziyan dəyib.

“Shakespeare Birthplace Trust” xeyriyyə təşkilatının icraçı direktoru Reyçel Nort bildirib ki, bina müstəsna tarixi əhəmiyyətə malikdir və onun risk siyahısına daxil edilməsi vacib və zəruri addımdır. İcraçı direktorun sözlərinə görə, bu qərar qarşıda duran çətinlikləri açıq şəkildə göstərməyə və binanın gələcəyini təmin etmək üçün lazım olan tərəfdaşlıqların qurulmasına imkan yaradır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
2
azertag.az

3Mənbələr