AZ

Starmerə qarşı araşdırma təşəbbüsü irəli sürüldü

Böyük Britaniyanın Baş naziri Kir Starmer aprelin 28-də parlamentdə onunla bağlı mümkün araşdırmanın başlanmasına dair səsvermə ilə üzləşəcək.

"Ölkə.az" xəbər verir ki, bunun məqsədi Starmerin ABŞ-dəki sabiq Britaniya səfiri Piter Mandelsonun təyinatı ilə bağlı İcmalar Palatasına yanlış məlumat verib-vermədiyini araşdırmaqdır. Belə bir istintaqın başlanması Baş nazirin siyasi gələcəyi üçün ciddi nəticələr doğura bilər. Əgər onun parlamenti bilərəkdən çaşdırdığı müəyyənləşərsə, vəzifədə qalması çətinləşə bilər.

İcmalar Palatasının spikeri Lindzi Hoyl bildirib ki, müxalifətdə olan Mühafizəkarlar Partiyasının lideri Kemi Badenok tərəfindən irəli sürülən təklif təsdiqlənib və məsələ parlamentdə müzakirəyə çıxarılaraq səsverməyə qoyulacaq. Təklifə əsasən, İmtiyazlar Komitəsinin bu işi araşdırıb-araşdırmaması müəyyən ediləcək.

Qeyd edək ki, Mandelson ötən ilin sentyabrında Starmer tərəfindən vəzifədən uzaqlaşdırılıb. Buna səbəb onun cinsi istismar cinayətlərinə görə məhkum olunmuş Ceffri Epşteyn ilə əlaqələrinin əvvəl güman ediləndən daha dərin olduğunun üzə çıxması olub.

Seçilən
2
50
olke.az

10Mənbələr