ain.az, Axar.az portalına istinadən məlumat verir.
Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.
Axar.az xəbər verir ki, günün ilk görüşündə "Turan Tovuz" "Zirə"ni qəbul edib.
Tovuzdakı oyun heç-heçə yekunlaşıb - 1:1.
Tovuz klubu 56 xalla üçüncü, "Zirə" 46 xalla dördüncü pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Sabah" "Karvan-Yevlax"ı qəbul edir.
Qeyd edək ki, daha öncə "Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0), "Qarabağ" "Neftçi"ni (5:1) məğlub edib. "Qəbələ" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib - 1:1.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.