AZ

60 yaşdan sonra demensiya riskini artıran gözlənilməzAMİL

İsveç və İtaliyadan olan alimlər müəyyən ediblər ki, dəmir çatışmazlığı anemiyası 60 yaş və daha yuxarı insanlarda demensiya riskini əhəmiyyətli dərəcədə artıra bilər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "JAMA Network Open" nəşrində dərc olunub.

Tədqiqatda yaşı 60-dan yuxarı olan və müşahidələrin əvvəlində demensiya əlaməti olmayan 2 mindən çox insan iştirak edib. Alimlər iştirakçıların qanında oksigen daşınmasına cavabdeh olan hemoglobin səviyyəsini ölçüb və onların sağlamlıq vəziyyətini orta hesabla doqquz il izləyiblər.

Müşahidə müddətində 362 nəfərdə demensiya inkişaf edib. Təhlillər göstərib ki, dəmir çatışmazlığı anemiyası olan şəxslərdə bu xəstəliyin yaranma riski hemoglobin səviyyəsi normal olanlarla müqayisədə 66 faiz daha yüksək olub.

Araşdırma zamanı anemiyası olan insanlarda Alzheimer xəstəliyi də daxil olmaqla neyrodegenerativ proseslərlə əlaqəli biomarkerlərin daha çox aşkarlandığı bildirilib.

Tədqiqatçılar hesab edirlər ki, əsas səbəblərdən biri oksigen çatışmazlığıdır. Anemiya zamanı beyin kifayət qədər oksigen almaya bilər ki, bu da zamanla neyronların zədələnməsinə və idrak pozuntularının sürətlənməsinə gətirib çıxarır.

Mütəxəssislər vurğulayırlar ki, anemiya nəzarət edilə bilən risk faktorudur. Vaxtında diaqnoz və müalicə həm ümumi sağlamlığı yaxşılaşdıra, həm də yaşlılıq dövründə demensiya ehtimalını azalda bilər.

NURİYYƏ

Seçilən
47
redaktor.az

1Mənbələr