Bakı. Trend:
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) miqrasiyadepartamentinin əməkdaşları son günlər ərzində respublikaərazisində qanunsuz yaşayan 55 əcnəbini saxlayıblar. Onlarınarasında Rusiya vətəndaşları da var.
Trend xaricimediaya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuatxidmətinin məlumatında deyilir.
Gürcüstan DİN-in məlumatında qeyd olunur ki, saxlanılanəcnəbilər Azərbaycan, Banqladeş, Belarus, İordaniya, Qırğızıstan,Fil Dişi Sahili, Pakistan, Rusiya, Türkmənistan, Türkiyə vəÖzbəkistan vətəndaşlarıdır.
Hüquq-mühafizə orqanları qanunsuz miqrantların yaşadıqlarıünvanlarda axtarışlar aparıblar. Eyni zamanda onların işlədikləriyerlər də yoxlanılıb. Müəyyən edilib ki, miqrantlar ölkədəmiqrasiya qanunvericiliyini pozaraq qalıblar.