AZ

Qapıçı aranı qatdı, oyunda kütləvi dava düşdü

İspaniya Sequndası çərçivəsində "Ueska" ilə "Real Saraqosa" arasında keçirilən oyun (1:0) kütləvi dava ilə başa çatıb.

Publika.az xəbər verir ki, hadisənin əsas səbəbkarı qonaq komandanın qapıçısı Esteban Andrada olub.

Qalmaqallı epizod oyunun ikinci hissəsinə əlavə olunmuş vaxtda baş verib. 35 yaşlı qolkiper epizodların birində meydan sahiblərinin mərkəz müdafiəçisi Xorxe Pulidonu sinəsindən itələyib.

Qeyri-idman davranışına görə Andrada ikinci sarı vərəqə alaraq meydandan qovulub. Bu qərar argentinalını daha da qəzəbləndirib və o, Pulidodan qisas almaq üçün ona tərəf qaçıb. Qapıçı rəqibini yumruqla vuraraq yerə yıxıb.

Bu hadisə hər iki komandanın üzvlərinin iştirak etdiyi kütləvi davaya səbəb olub. Nəticədə oyunun baş hakimi “Ueska”nın qapıçısı Dani Ximenesi və “Saraqosa”nın müdafiəçisi Dani Tasendeni də meydandan uzaqlaşdırıb.

Seçilən
59
publika.az

1Mənbələr