AZ

Real təhlükə yaranıb, Rusiya bu ölkələrə HÜCUM EDƏCƏK NATO admiralından ŞOK KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Təhdid yalnız Baltikyanı ölkələrlə məhdudlaşmır”.

KONKRET.az xəbər verir ki, NATO-nun yüksək rütbəli hərbi nümayəndəsi, admiral Cüzeppe Kavo Draqone Rusiyanın gələcək planları ilə bağlı narahatedici açıqlama verib.

O, bildirib ki, Rusiya keçmiş Sovet İttifaqı dövründə malik olduğu əraziləri geri qaytarmağa çalışa bilər və bu səbəbdən potensial təhlükə yalnız Baltikyanı ölkələrlə məhdudlaşmır.

Admiralın sözlərinə görə, Rusiya hərbi gücünü artırmaqda davam edir və NATO üçün əsas təhlükə olaraq qalır. O, yaxın və orta müddətli perspektivdə Avropa ölkələrinə qarşı birbaşa hərbi müdaxilə ehtimalı ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, artıq hibrid və qeyri-ənənəvi təhdidlər mövcuddur və bu tendensiya davam edəcək.

“Rusiyanın əvvəllər sahib olduğu əraziləri geri qaytarmağa çalışacağını gözləmək olar. Mən Sovet İttifaqının dağılması öncəsi dövrü nəzərdə tuturam. Kimlərin hədəf ola biləcəyini isə özünüz müəyyən edə bilərsiniz”, – deyə Draqone vurğulayıb.

Baltikyanı ölkələrin bu mərhələdə birbaşa təhlükə görməyəcəyini deyən admiral qeyd edib ki, məhz həmin dövlətlər vəziyyəti daha dəqiq qiymətləndirməyə malikdir:

“Onlar ön xətdədirlər və vəziyyəti birbaşa izləyirlər. Buna görə də onların mövqeyinə güvənirik”, – deyə o, əlavə edib.

Admiral həmçinin vurğulayıb ki, NATO müdafiə və çəkindirmə strategiyasını gücləndirir və təşkilat Arktikadan Şərqə, eləcə də Cənub istiqamətinə qədər bütün regionlarda vəziyyəti diqqətlə izləyir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
konkret.az

2Mənbələr