AZ

Vaxtilə xidmətçi işləmişəm Müğənni

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son günlərdə həbsdən azad edilən türkiyəli sosial media fenomeni və müğənni Murat Övüç qatıldığı verilişdə oğlu Burakcan və gəlini ilə yaşadığı inciklikdən göz yaşları içində danışıb. Demokrat.az xəbər verir ki, sənətçi onlara yaratdığı imkanların qarşılığını görmədiyini və artıq onlarla əlaqə saxlamadığını bildirib.Murat Övüç oğluna yaratdığı imkanların düzgün dəyərləndirilmədiyini və bu vəziyyətin onun üçün ağır yükə çevrildiyini deyib. O, keçmişdə ev təmizliyi və müxtəlif işlər görərək qazandığı pulla oğluna ən son model telefonlar aldığını bildirib.Sosial media fenomeni Sinem Yıldızın "YouTube" proqramına qonaq olan Murat Övüç ailə münasibətlərində yaşadığı gərginliyi açıqlayıb. Murat Övüç oğlu və gəlini ilə münasibətlərinin kəsildiyini bildirərək sərt ifadələr işlədib:"Ən böyük üzüntüm övladımdır. Siz hansı haqla mənim sərvətimi yeyirsiniz? Heç kim övladını pisləmək istəməz, amma mənim Burakcan üçün etdiklərimi heç kim heç kim üçün edə bilməz".Keçmiş çətin günlərindən də danışan Murat Övüç deyib: "Mən vaxtilə evlərdə təmizlik işləri görmüşəm, hətta tualet təmizləmişəm. Qazandığım pulla ona ən yeni telefonları almışam, heç kimdən əskik qalmasın deyə çalışmışam. Amma bütün bu imkanlar təəssüf ki, düzgün dəyərləndirilmədi".Oğlu və gəlini ilə görüşməmək qərarı verdiyini bildirən Murat Övüç qeyd edib:"Heç kim övladını pisləmək istəməz, amma mən bunu haqq etmədim. Allah sağlıq versin, mən artıq bu yükü daşıya bilmirəm".Murat Övüç daha əvvəl də həbsdən sonra yaşadığı çətinliklərdən danışaraq "Çox zərbələr aldım, çox tək qaldım. Burakcan və gəlini veto etdim, görüşmürəm" sözləri ilə ailəsi ilə əlaqəni kəsdiyini bir daha vurğulayıb.Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
demokrat.az

1Mənbələr