AZ

Rusiya yeni sanksiyalara cavab olaraq Aİ nümayəndələrinin “qara siyahısı”nı genişləndirib

ain.az, Apa.az saytına istinadən bildirir.

Moskva Ukrayna ordusuna yardım göstərən Avropa İttifaqı nümayəndələrinin Rusiyaya girişini qadağan edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Aİ-nin 20-ci sanksiya paketi ilə bağlı yaydığı bəyanatda bildirilib.

Bəyanatda bildirilib ki, Moskva “Aİ-nin qanunsuz qərarlarına cavab olaraq, Brüsselin anti-Rusiya siyasəti ilə həmfikir olan və Rusiyaya girişi qadağan edilmiş Avropa qurumlarının, Aİ-yə üzv dövlətlərin və bir sıra Avropa dövlətlərinin nümayəndələrinin siyahısını əhəmiyyətli dərəcədə genişləndirib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
50
apa.az

10Mənbələr