ain.az, Apa.az saytına istinadən bildirir.
Moskva Ukrayna ordusuna yardım göstərən Avropa İttifaqı nümayəndələrinin Rusiyaya girişini qadağan edib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Aİ-nin 20-ci sanksiya paketi ilə bağlı yaydığı bəyanatda bildirilib.
Bəyanatda bildirilib ki, Moskva “Aİ-nin qanunsuz qərarlarına cavab olaraq, Brüsselin anti-Rusiya siyasəti ilə həmfikir olan və Rusiyaya girişi qadağan edilmiş Avropa qurumlarının, Aİ-yə üzv dövlətlərin və bir sıra Avropa dövlətlərinin nümayəndələrinin siyahısını əhəmiyyətli dərəcədə genişləndirib”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.