AZ

"Real" ulduz futbolçunun getməsinə razılıq verdi

“Real Madrid” yay transfer pəncərəsində heyətdə ciddi dəyişikliklər etməyə hazırlaşır. Metbuat.az xəbər verir ki, Madrid klubu qapıçı Andriy Luninin satılmasına açıqdır.Məlumata görə, ukraynalı qolkiper son həftələrdə əsas heyətdə oynasa da, klub rəhbərliyi onun gələcəyi ilə bağlı qərarını dəyişib. 27 yaşlı futbolçunun daha çox oyun vaxtı istədiyi və bu səbəbdən ayrılığa müsbət yanaşdığı bildirilir.

Eyni zamanda, “Real Madrid”in uzunmüddətli perspektiv üçün yeni qapıçı axtarışına başladığı qeyd olunur. Klub yalnız uyğun təklif olacağı halda Luninin transferinə icazə verəcək.

Seçilən
43
metbuat.az

1Mənbələr