Bakı. Trend:
Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərinreyestrə daxil edilməsi üçün rüsum müəyyənləşəcək.
Trend-inməlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Dövlətrüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, maliyyə icarəsi fəaliyyəti ilə məşğulolmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxiledilməsi üçün dövlət rüsumu 550 manat olacaq.
Bu Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaqbirinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, "Maliyyə icarəsi haqqında" Qanunda milliqanunvericilikdə istifadə olunan "lizinq" termini(anlayışı) "maliyyə icarəsi" termini (anlayışı)ilə əvəz ediləcək (adlandırılacaq).
Belə ki, maliyyə icarəsi maliyyə icarəsi verəntərəfindən maliyyə icarəsi obyektinin maliyyə icarəsi alanınsahibliyinə və istifadəsinə verilməsini nəzərdə tutan və aşağıdakımeyarlardan bir və ya bir neçəsinə cavab verən icarə hesabediləcək:
- maliyyə icarəsi müqaviləsində maliyyə icarəsi müddətiqurtardıqdan sonra maliyyə icarəsi obyektinin maliyyə icarəsialanın mülkiyyətinə verilməsi, yaxud maliyyə icarəsi müddətiqurtardıqdan sonra maliyyə icarəsi alanın maliyyə icarəsi obyektinimüəyyən edilmiş və ya əvvəlcədən güman edilən qiymətə almaq hüququmüəyyən edilib;
- maliyyə icarəsi müddəti maliyyə icarəsi obyektinin istismarmüddətinin 75 faizindən artıqdır;
- maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsiobyektinin qalıq dəyəri maliyyə icarəsinin əvvəlinə onun bazarqiymətinin 20 faizindən azdır;
- maliyyə icarəsi müddəti ərzində ödəniləcək maliyyə icarəsiödənişlərinin məbləği maliyyə icarəsi obyektinin maliyyə icarəsininəvvəlinə olan bazar qiymətinin azı 90 faizinə bərabər və ya ondanartıqdır;
Geriyə maliyyə icarəsi maliyyə icarəsimüqaviləsinə görə maliyyə icarəsi obyektinin satıcısı qismindəmaliyyə icarəsi alanın özünün olduğu və maliyyə icarəsimüqaviləsinin müddəti bitdikdən sonra maliyyə icarəsi alanınmaliyyə icarəsi obyekti üzərində mülkiyyət hüququnu əldə etməköhdəliyini şərtləndirən maliyyə icarəsi hesab ediləcək.
Maliyyə icarəsi fəaliyyəti maliyyə icarəsiverənin öz vəsaiti və (və ya) cəlb edilmiş vəsait hesabına maliyyəicarəsi obyektinin maliyyə icarəsinə verilməsi ilə bağlısahibkarlıq fəaliyyəti hesab ediləcək.
Maliyyə icarəsi alan (icarəçi) maliyyə icarəsimüqaviləsinə əsasən maliyyə icarəsi ödənişləri müqabilində, müəyyənmüddətə və müvafiq şərtlərlə maliyyə icarəsi obyektini sahibliyə vəistifadəyə qəbul edən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadansahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs hesabediləcək.
Maliyyə icarəsi verən (icarəyə verən) maliyyəicarəsi müqaviləsinin şərtlərinə əsasən satıcıdan əldə etdiyimaliyyə icarəsi obyektini maliyyə icarəsi ödənişləri müqabilindəicarəçinin sahibliyinə və istifadəsinə verən kommersiya hüquqişəxsi və ya xarici kommersiya hüquqi şəxsinin yerli filialı hesabediləcək.