Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Şaxtyor" çempionluğa yaxınlaşır
Türk mütəxəssis Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" Ukrayna çempionatının 25-ci turunda "Kudrovka"nın qonağı olub.
QOL.az-ın xəbərinə görə, matç Donetsk təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində "Şaxtyor" liderliyini daha da möhkəmləndirib.
Onların ən yaxın izləyicisi olan "LNZ Çerkassı" isə "Metalist 1925"lə matçda vacib xallar itirib - 1:1.
Beləliklə, çempionatın bitməsinə 5 tur qalmış "Şaxtyor"la LNZ arasında 8 xallıq fərq yaranıb. Hazırda Arda Turanın komandasının 25 oyundan 60, LNZ-in isə 52 xalı var.
Xatırladaq ki, Arda Turanın rəhbərliyi altında "Şaxtyor" həmçinin UEFA Konfrans Liqasında yarımfinala vəsiqə qazanıb və bu mərhələdə İngiltərənin "Kristal Pelas" klubu ilə qarşılaşacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.