AZ

Qlobal bank neft qiymətləri üzrə proqnozunu yenidən yüksəldib

Qlobal investisiya bankı "Goldman Sachs", ilin dördüncü rübündə Brent markalı xam neftin orta qiymətinin bir barel üçün 90 dollar, West Texas Intermediate neftinin isə (WTI, ABŞ xam nefti) 83 dollar olacağını proqnozlaşdırır.

Marja xəbər verir ki, bu yazı hazırlandığı vaxt Brent nefti bir barel üçün 108,09 dollardan, WTI isə 96,85 dollardan ticarət olunurdu. İran ilə ABŞ arasında danışıqların dayandırıldığı və yenidən başlanmasının çox çətin olduğu bildirilir.

Bankın analitikləri bildiriblər: “İqtisadi risklər yalnız xam neft üzrə əsas ssenarimizdən daha böyükdür, çünki neft qiymətlərində yuxarı yönlü risklər, qeyri-adi dərəcədə yüksək emal məhsulu qiymətləri, məhsul çatışmazlığı riski və şokun misli görünməmiş miqyası mövcuddur.”

Analitiklərin fikrincə, bu şok artıq neft tələbinin azalmasına səbəb olur və proses davam edir. Banın analitik komandası cari rübdə qlobal neft tələbinin gündəlik 1,7 milyon barel, 2026-cı ildə isə 2025-ci ilə nisbətən gündəlik təxminən 100 min barel azalacağını gözləyir.

Analitiklər əlavə ediblər: “Təklif şoku uzun müddət davam edərsə, daha da kəskin tələb azalması baş verə bilər.”

Goldman-ın komandası Yaxın Şərqdə itirilmiş hasilatı bu ay üçün gündəlik 14,5 milyon barel səviyyəsində qiymətləndirir.

Eyni zamanda ING əmtəə analitikləri qeyd ediblər ki, “Sülh danışıqlarında irəliləyişin olmaması bazarın hər gün daha da "daralmasına" səbəb olur və neft qiymətlərinin daha yüksək səviyyələrə uyğunlaşmasını tələb edir. Təxminən gündəlik 13 milyon barellik çatışmazlığı doldurmaq üçün alternativ imkan demək olar ki, yoxdur.”

Morgan Stanley proqnozlarını dəyişməyib

Digər tərəfdən, başqa bir qlobal investisiya bankı "Morgan Stanley" Hörmüz boğazının bağlanması səbəbilə Fars körfəzindən neft ixracatının gündə 14,2 milyon barel azaldığı bildirilib. Bank, bunun nəticəsində qlobal ehtiyatların gündə 4,8 milyon barel azaldığını və bu fərqin bir hissəsinin zəif tələblə kompensasiya edildiyini təxmin edib.

Brent proqnozlarını dəyişməyən "Morgan Stanley", fyuçerslərin bu rübdə bir barel üçün orta hesabla 110 dollar, üçüncü rübdə 100 dollar və dördüncü rübdə 90 dollar olacağını gözləyir.

İş elanları AzVak.az-da

neft proqnozu 2026Brent nefti 90 dollar proqnozWTI nefti 83 dollar proqnozneft qiymətləri qlobal proqnozHörmüz boğazı neft bazarı təsiriABŞ İran danışıqları neft qiymətlərineft tədarük çatışmazlığı 2026qlobal neft tələbi azalmasıneft bazarı risk analiziGoldman Sachs enerji bazarı hesabatıING neft analizi 2026neft qiymətlərində daralmaemal məhsulu qiymətləri artımqlobal enerji şoku neft bazarıYaxın Şərq neft hasilatı azalmasıneft fyuçers proqnozu 2026neft bazarı geosiyasi risklərBrent WTI qiymət fərqiqlobal enerji təchizatı problemineft bazarında tələb və təklif balansı
Seçilən
32
50
marja.az

10Mənbələr