ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 27 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini İlkin Vəliyev mayın 8-də saat 11:00-dan etibarən 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi 117) Qəbələ, İsmayıllı və Oğuz rayonlarının sakinlərinin müraciətlərini dinləyəcək.
DVX-dən AZƏRTAC-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar 27 aprel – 6 may 2026-cı il tarixlərində Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinə, Qəbələ və İsmayıllı rayonları üzrə Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya Dövlət Vergi Xidmətinin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşların qəbula müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.