AZ

Azərbaycanla BMT arasında imzalanan saziş TƏSDİQLƏNDİ

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclis Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı arasında sazişi təsdiqləyib.Bizim.Media xəbər verir ki, parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş”in təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.Bildirilib ki, Saziş 2026-cı il yanvarın 15-də Cenevrə şəhərində imzalanıb.Sazişin imzalanmasında əsas məqsəd Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) ilə əlaqədar təşkilati tədbirləri və maliyyə məsələlərini nizama salmaqdır.Sazişdə tədbirin keçirilmə yeri kimi Bakı Olimpiya Stadionu, keçirilmə tarixi isə 17-22 may 2026-cı il müəyyən edilib.Sazişdə tədbirin keçirildiyi dövrdə təhlükəsizlik tədbirlərinə dair tələblər, fors-major, iştirak üçün fərd və nümayəndələrin dairəsi, maliyyə tənzimləmələri və öhdəliklər, yaranacaq əlavə xərclər, istifadə olunmalı olan bank hesabları, valyuta növü, BMT-nin Məskunlaşma Proqramına dair öhdəliklərlə bağlı məsələlər, məkanlar, yerləşdirmə, təchizat, xidmətlər, sərgi, telekommunikasiya, yerli heyət, məxfilik və digər vacib məsələlər tənzimlənir.

 

Sazişin yekun müddəalarında onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili proseduralar, qüvvəyə minmə və s. Məsələlər tənzimlənir.

Sazişin Əlavələri onun ayrılmaz tərkib hissəsidir və bu Əlavələrdə məkan, habelə yanğın, qida, böhran halları, rabitə və s. Məsələlər tənzimlənir.Qanun layihəsi səsə qoyularaq qəbul olunub.Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
1
bizim.media

2Mənbələr