AZ

Yol polisi: Həyatınızı riskə atmayın, yolu müəyyən olunmuş keçidlərdən keçin

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 27 aprel, AZƏRTAC

Piyadavurma hadisələrinin qarşısının alınması üçün görülən profilaktik tədbirlər və maarifləndirmə işləri davam etdirilir. Yol hərəkəti iştirakçıları arasında ən müdafiəsiz tərəf olan piyadaların şəxsi məsuliyyət hissi həyati əhəmiyyət daşıyır.

Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, xüsusilə çoxzolaqlı və yüksək sürət rejimi tətbiq olunan yollarda qaydalara əməl etmədən, piyada keçidlərindən istifadə etmədən yolu keçmək ciddi təhlükə yaradır. Belə hallarda baş verən ağır yol-nəqliyyat hadisələri təsadüfi deyil, qayda pozuntusu nəticəsində yaranır.

“Bir daha bildiririk ki, öz həyatınızı riskə atmayın, yolu yalnız müəyyən olunmuş keçidlərdən keçin, diqqətli və məsuliyyətli davranın. Çünk yolda təhlükəsizlik hər kəsin özündən başlayır”, - deyə məlumatda vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
50
azertag.az

10Mənbələr