İran ABŞ-a Pakistan vasitəsilə yeni təklif göndərib.
“Axios”un xəbərinə görə, bu təklif danışıqlar üçün üç mərhələli formul nəzərdə tutur.
Məlumata görə, birinci mərhələdə Hörmüz boğazı ətrafındakı böhranın və ABŞ tərəfindən tətbiq edilən dəniz blokadasının həlli təklif olunur. Daha sonra tərəflər uzunmüddətli atəşkəsin uzadılması və ya müharibənin daimi dayandırılması barədə razılığa gəlməlidirlər.
Nəşrin yazdığına görə, yalnız bu iki məsələ üzrə razılıq əldə edildikdən sonra İranın nüvə proqramı müzakirə olunacaq.