AZ

Türkiyədə meşə yanğını: 3 helikopter havaya qaldırıldı - VİDEO

Türkiyənin İstanbul şəhərinin Beykoz rayonunda aprelin 26-sı axşam saatlarında naməlum səbəbdən meşə yanğını başlayıb.

Bizim.Media xəbər verir ki, yanğının söndürülməsinə 3 helikopter, 51 texnika və 146 nəfər cəlb olunub.

Hadisə nəticəsində 14 hektar meşə və kolluq ərazi zərər görüb.
 

Yerli KİV-in məlumatına görə, axşam saatlarında alov nəzarətə götürülsə də, küləyin təsiri ilə bəzi hissələrdə yanğın yenidən alovlanıb.


Hazırda ərazidə soyutma işləri aparılır.


Bizim.Media

Seçilən
47
1
bizim.media

2Mənbələr