AZ

Yevlax sakinlərinin NƏZƏRİNƏ: Saat 15:00 dan etibarən…

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yevlaxın bir hissəsində bu gün qaz təchizatı dayandırılacaq.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Tərtər Regional Qaz İstismar İdarəsi tərəfindən 27.04.2026-cı il tarixində saat 15:00-dan etibarən işlər başa çatanadək qazın verilişi dayandırılacaq.

 

Bildirilib ki, buna səbəb yaz-yay mövsümü ilə əlaqədar qaz ölçü qovşaqlarında quraşdırılmış mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni daraldıcı qurğularla əvəzlənməsidir.

Aparılacaq işlərlə əlaqədar şəhərdəki sənaye müəssisələrinin, həmçinin Çənlibel, Nizami, Üzeyir Hacıbəyov, C.Kərimov, Z.Tağıyev, Bakıxanov, Vaqif, Sabir, Füzuli və digər küçələrdə yaşayan abonentlərin mavi yanacaqla təchizatı müvəqqəti dayandırılacaq.Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
1
bizim.media

2Mənbələr