AZ

Xəyalə ad günündə özünə görün nə arzu etdi

Aktrisa Xəyalə Quliyeva aprelin 26-da ad gününü qeyd edib.

Publika.az xəbər verir ki, aktrisa bununla bağlı çəkdirdiyi fotoları izləyiciləri ilə bölüşüb. Xəyalə arzularını yazaraq bunları əlavə edib:

"Bu gün mənim ad günümdür. Özümə ən gözəl arzularımı edirəm: daha çox xoş günlər, daha çox sevinc, daha çox uğur. Keçmişdə qalan hər şey bir dərs, qarşıda isə daha parlaq günlər var. Həyatımda gözəl sürprizlər və ən əsası daxili rahatlıq olsun. Özümə söz verirəm – daha güclü, daha xoşbəxt və daha inamlı olacağam. Ad günüm mübarək".

Seçilən
1
4
publika.az

5Mənbələr