Goranboy rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Hadisə rayonun Dəliməmmədli ərazisində, dəmiryol vağzalında baş verib. İlkin ehtimala görə, qatarın üzərinə çıxan 2014-cü il təvəllüdlü S. Ramazanovu elektrik cərəyanı vuraraq öldürüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Mətləb