AZ

Malidə terrorçuların məhv edilməsi əməliyyatı davam edir

Bakı. Trend:

Mali hökumət qüvvələri aprelin 25-də bir neçə bölgədə ordumövqelərinə hücum edən radikal qrupların silahlılarını axtarmağa vəməhv etməyə davam edir.

Trend-in məlumatına görə, bu Mali Silahlı Qüvvələrinin BaşQərargahı xəbər verib.

"25 aprel hücumlarından sonra Kidal, Kati və ölkənin digəryerlərində terrorçu qrupların axtarışı əməliyyatları davam edir.Müdafiə strukturlarını sarsıtmaq və qorxutmaq məqsədi daşıyanhücumlar cavabsız qalmayacaq", - deyə bildirilib.

Baş Qərargah qeyd edib ki, ölkə daxilində qoşunların döyüşhazırlığı səviyyəsi artırılıb, komendant saatı tətbiq edilib,patrul xidməti gücləndirilib və nəzarət-buraxılış məntəqələrimöhkəmləndirilib.

Seçilən
36
az.trend.az

1Mənbələr