AZ

Erməni məşqçidən Bakı iddiası: "Məni dəvət edənlər qorxsun!"

UFC döyüşçüsü Şara Maqomedovun məşqçisi, əslən erməni olan Qor Azizyan son günlərdə idman ictimaiyyətində geniş müzakirə olunan suala cavab verib.

Fanat.Az xəbər verir ki, Azizyan Bakıya gəlib-gəlməyəcəyi ilə bağlı sualları cavablandırarkən iddialı ifadələr işlədib.

O, Azərbaycana səfər etmək ehtimalı barədə danışarkən "Cəhd edib görəcəyik" deyərək geri çəkilməyəcəyini vurğulayıb. Bakıya getməkdən qorxub-qorxmadığı ilə bağlı suala isə məşqçi, özünü bir idmançı kimi gördüyünü və qorxacaq bir şey etmədiyini bildirib.

Qor Azizyan açıqlamasında "Məni UFC dəvət edir, məni dəvət edənlər qorxsun" deyərək məsələyə fərqli bir rakursdan yanaşıb.

Hazırda bu açıqlamalar sosial şəbəkələrin Azərbaycan seqmentində ciddi narazılıq və müzakirələrlə qarşılanmaqdadır.

Kamil Xudiyev

Seçilən
29
1
fanat.az

2Mənbələr