AZ

“İnter”in yarımmüdafiəçisi A Seriyasında yeni rekord müəyyənləşdirdi

İtaliya A Seriyasında “İnter”in yarımmüdafiəçisi Federiko Dimarko bir mövsüm ərzində ən çox məhsuldar ötürmə üzrə yeni rekord müəyyənləşdirib.

90deqiqe.Az-ın məlumatına görə, çempionatın 34-cü turunda Milan təmsilçisi səfərdə “Torino” ilə 2:2 hesablı heç-heçə edib. “İnter”in hər iki qolu məhz Dimarkonun ötürmələrindən sonra vurulub. Markus Tyüram və Yann Bissek fərqləniblər.

Beləliklə, Federikonun cari mövsümdə məhsuldar ötürmələrinin sayı 18-ə çatıb.

Bundan əvvəl A Seriyasının bu göstərici üzrə rekordu Cianfranko Zola və Aleksandro Qomezə məxsus idi. Zola 1995-ci ildə “Parma”nın heyətində 16 məhsuldar ötürmə etmişdi. Qomez isə 2019/20 mövsümündə “Atalanta”da 16 dəfə komanda yoldaşlarına qol imkanı yaradaraq eyni göstəricini təkrarlamışdı.

Seçilən
36
90deqiqe.az

1Mənbələr