AZ

Əraqçi Pakistana niyə qayıdıb?

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçinin Omana səfər etdikdən sonra nə üçün yenidən İslamabada qayıtdığına aydınlıq gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Agentlik qeyd edib ki, səfərlərin səbəbi nüvə məsələləri deyil.

Nəşr yazıb ki, Əraqçi Pakistan, Oman və Rusiyaya səfərləri əhatə edən regional turdadır. İslamabada gəldikdən, daha sonra isə Omanda olduqdan sonra o, yenidən Pakistana yola düşüb. Bu səfərlər zamanı İran tərəfi müharibənin dayandırılması üçün zəruri olan şərtlər barədə vasitəçi ölkə kimi Pakistanı məlumatlandırıb.

Qeyd olunub ki, müzakirələr Hörmüz boğazında yeni hüquqi rejimin tətbiqi, kompensasiyaların ödənilməsi və təcavüzkar tərəfindən yeni müdaxilələrin olmayacağına dair zəmanətlərin alınması ilə bağlıdır.

İranın XİN rəhbəri artıq Rusiyaya yola düşüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
5
bakivaxti.az

6Mənbələr