Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya Kubokunda final döyüşlərinə start verilib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk olaraq həlledici görüşə Səidcəmşid Cəfərov çıxıb.
75 kq-da mübarizə aparan boksçumuz Tauan Silva (Braziliya) ilə gücünü yoxlayıb. Hər 3 raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gələrək Dünya Kubokunun qızıl medalına yiyələnib və Braziliyada Azərbaycan himnini səsləndirib.
Qeyd edək ki, gecə saatlarında Sübhan Mamedov (50 kq) və Məhəmməd Abdullayev (+90 kq) də final görüşünə çıxacaq. Bir gün öncə isə Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.
Azərbaycanın daha iki boksçusu Dünya Kubokunda qələbə qazanıb
Boksçumuz Dünya kubokunda qələbə ilə başlayıb
Azərbaycan boksçuları Dünya kubokunda mübarizə aparacaqlar
Millimiz Bakıda keçirilən beynəlxalq turnirin qalibi olub
Böyük İpək Yolu turniri: 11 finalçı, 10 bürünc medal