GORANBOY, 26 aprel. TELEQRAF
Goranboy rayonunda azyaşlını elektrik cərəyanı vuraraq öldürüb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərinin dəmiryol vağzalında baş verib.
İlkin ehtimala görə, qatarın üzərinə çıxan təxminən 13-14 yaş arası şəxsi elektrik cərəyanı vurub. Kimliyi dəqiqləşdirilən şəxs hadisə yerində ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olumub. Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb