AZ

Azər Bağırov: “Təəssüf ki, səhvlər təkrarlanır” – ARENA.AZ

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 29-cu turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü “Kəpəz”in 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Ardıcıl dörd oyunda məğlub olmaq komandanı pis duruma salıb. Bu gün qələbə qazanmaq istəyirdik. Sadəcə, diqqətsizlik qolla nəticələnir. “Şamaxı”nı təbrik edirəm. İkinci hissədə biz daha üstün idik. Qol da vurduq. Şakir Seyidovun top itkisi qapımıza qolla nəticələndi. Orta xətdə səhv etməməli olduğumuzu demişdik. Təəssüf ki, səhvlər təkrarlanır və üzücü məğlubiyyətlər alırıq.

İşimi vicdanla görməyə çalışıram. Kiminsə arxada nəsə iş görməsi barədə mənim zərrə qədər şübhəm yoxdur. Kim nə iş görür, bilmirəm. Hər kəs cavabını gec-tez alacaq. Mənim üçün Allah yetərlidir. Rəhbərliyin dəstəyini hiss edirəm. Komandanın içində olublar, komandaya motivsiya da verirlər”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
11
10
arena.az

10Mənbələr