Aparıcı Zümrüd Bədəlova “Gün ortası” verilişində müğənni Samirə Əliməryəmə verdiyi suala görə onu tənqid edənlərə cavab verib.
O, Samirəyə ünvanladığı “Neçə maskanız var” sualına aydınlıq gətirib:
“Ay qəlbi qaralar! Özünüz necəsinizsə, məni də öz çirkabınızdan saymayın! Samiraya o sualı verdim ki, yəni niyə hamı kimi maskalı ola bilmədin. Neçə maskan var? Biz yaxınıq və nə demək istədiyimi o anladı. Ömür boyu ikisifətli ola bilməyən Samiram…” (Olay)