AZ

“Komo”dan səfərdə inamlı qələbə

İtaliya çempionatının 34-cü turu çərçivəsində aprelin 26-da “Cenoa” öz meydanında “Komo”nu qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sesk Fabreqasın rəhbərlik etdiyi komanda oyuna fəal başlayaraq erkən qol vurmağı bacarıb. Lukaş Da Kunyanın məhsuldar ötürməsindən sonra Anastasio Duvikas topu qapıdan keçirib.

Matçın 68-ci dəqiqəsində “Komo” üstünlüyünü daha da artırıb. Bu dəfə rəqib qapısına yolu Assane Diao tapıb, qolun ötürməsini isə Maksans Kakere verib.

Bu nəticədən sonra xallarını 61-ə çatdıran “Komo” turnir cədvəlində beşinci pilləyə yüksəlib. Komandanın aktivində hazırda 17 qələbə, 10 heç-heçə və 7 məğlubiyyət var.

“Cenoa” isə 39 xalla 14-cü sırada qərarlaşıb.

Seçilən
38
90deqiqe.az

1Mənbələr