...Keçmiş baş nazir Viktor Orbanla əlaqəli Macarıstan oliqarxları ölkədən on milyardlarla forinti (Macarıstan valyutası-A.B.) çıxarır və getməyə hazırlaşırlar.
SİA xəbər verir ki, bu barədə Tisza partiyasının lideri və gələcək baş nazir Madyar öz “Facebook” səhifəsində bildirib. Siyasətçinin sözlərinə görə, oliqarxlar vəsaitləri Birləşmiş Ərəb Əmirliklərinə, ABŞ-a, Uruqvaya və digər uzaq ölkələrə yönləndirirlər.Madyar bildirib ki, onun məlumatına görə, Milli Vergi və Gömrük Administrasiyası (NAV) Macarıstan Baş nazirinin aparat rəhbəri Antal Roqanın ətrafı ilə əlaqəli bir neçə iri köçürməni dayandırıb. Əməliyyatlar çirkli pulların yuyulması şübhələri səbəbindən dondurulub.
“Tisza”lideri ölkənin hüquq-mühafizə orqanlarını yeni hökumət qurulmazdan əvvəl “macar xalqına minlərlə milyard forint ziyan vuran cinayətkarları tutmağa və onların ekstradisiyanın mümkün olmadığı ölkələrə qaçmasının qarşısını almağa” çağırıb.
...Mən həmçinin bilirəm ki, Orbanla əlaqəli oliqarxlar TV2 və digər media aktivlərini, o cümlədən Roqanla əlaqəli təbliğat flaqmanı olan Lounge Event Kft-ni bazar qiymətlərindən aşağı qiymətə satmağa başlayıblar, - deyə Madyar əlavə edərək məsuliyyətli investorları bu aktivləri almaqdan çəkinməyə çağırdı.
Siyasətçinin sözlərinə görə, artıq bir neçə oliqarx ailəsi Macarıstanı tərk edib, digərləri isə uşaqlarını məktəbdən çıxarmaqla və etibarlı təhlükəsizlik təmin etməklə bunu etməyə hazırlaşırlar.
Əli Babayev