
Azərbaycan Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Əli Şəmsəddin oğlu Əliyev vəfat edib.
Yeniavaz.com xəbər verir ki, 1956-cı ildə anadan olan Əli Əliyev 1983-cü ildən etibarən Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərib
Əli Əliyev teatr səhnəsində “Anamın kitabı”, “Dəli İbrahim”, “Məşədi İbad” kimi tamaşalarda uğurlu çıxışları ilə yadda qalıb.