Cəlilabad rayonunda buraxılış imtahanından qayıdan şagirdləri daşıyan minik avtomobili qəzaya düşüb.
Publika.az xəbər verir ki, hadisə rayonun Zopun kəndində qeydə alınıb.
9-cu sinif şagirdlərinin olduğu avtomobil hərəkətdə olan digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda xəsarət alanların dəqiq sayı və vəziyyəti dəqiqləşdirilir.